Cənab Prezidentimiz İlham Əliyevin 1992-ci il 26 fevral tarixində, yəni Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı bizim üçün olduqca qürurverici və əlamətdar bir hadisə oldu. Belə ki, zülmə məruz qalmış bir xalq kimi 29 ildir bizim dünyaya hayqıraraq demək istədiyimiz bütün həqiqətləri Cənab Prezidentimiz 4 saatlıq mətbuat konfransında çox qürurverici bir şəkildə bəyan etdi. Mətbuat konfrandında mənim ən çox diqqətimi çəkən sual Yaponiyanın «JİJİ Press» informasiya agentliyinin nümayəndəsinin verdiyi «Erməni və Azərbaycanlıların Qarabağ bölgəsində birlikdə yaşamaları mümkündürmü?» sualı oldu. Ermənilərin Şərqin müsəlman dövlətlərinə xüsusilə Azərbaycana qarşı düşmənçilik münasibəti əsirlər boyu davam etmişdir. Mən bir Xocalı sakini olaraq, 1992-ci ildə baş vermiş soyqırımın canlı şahidi olmuşam. İllər keçsə də Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz nə qədər əməkdaşlığa açıq olan bir ölkə olsaq da, heç bir millətə ayrıseçkilik qoymasaq da, amma xain erməni milləti ilə birgə yaşamağı düzgün bilmirəm.Gülnar Həsənova,Xocalı soyqırımının canlı şahidi